Sehrli Naftalan
Sehrli Naftalan
“Sehirli Naftalan” sanatoriyası Naftalan şəhərində yerləşir və burada eyni vaxtda 350-yə qədər qonağın müalicəsi mümkündür. Sanatoriya abadlaşdırılmış ərazi ilə əhatə olunub və öz qonaqlarına sağlamlığın bərpası üçün hər cür xidmətlər təklif edir.Sanatoriyada olan bütün qonaqlar hərtərəfli müayinədən keçirlər. Burada biokimyəvi və klinik diaqnostika laboratoriyaları, elektrokardioqramma və ultrasəs kabinetləri, həmçinin yüksək ixtisaslı mütəxəssislər - terapevt, ginekoloq, nevropatoloq, uroloq, stomatoloq və otorinolarinqoloq fəaliyyət göstərir. Bu, vaxtında və dəqiq diaqnoz qoymağa imkan verir.
Bir qayda olaraq, sanatoriyada müalicə kursu 15 gündür. Fərdi diaqnoz əsasında mütəxəssislər tez-tez terapevtik naftalan vannaları və yod-brom vannaları təyin edirlər.
