Şıx sanatoriyası

Azərbaycanda kurort mövsümü bütün il boyu davam edir. Respublika zəngin, müəyyən mənada unikal rekreasiya və kurort ehtiyatlarına malikdir. Dağ və dağətəyi rayonların ecazkar təbiəti, ən qiymətli balneoloji bulaqları, müalicəvi palçığı, heyrətamiz dərəcədə gözəl dağ gölləri, şəlalələri, Xəzər dənizinin qumlu çimərlikləri, Abşeronun üzüm bağları və əncir ağacları, günəşin bolluğu ilboyu tam istirahət və kurort müalicəsi üçün əlverişli şərait yaradır.

Azərbaycanın paytaxtı Bakı şəhərindən cəmi 10 km aralıda, Xəzər dənizinin sahilində, Bibi-Heybət kəndində dənizkənarı “Şıxovo” balneoloji kurort-sanatoriyasında dayaq-hərəkət sistemi xəstəliklərindən əziyyət çəkən xəstələr müalicə olunur.
Şıx sanatoriyası